Zəlzələ baş verib 5,6 BAL GÜCÜNDƏ

Zəlzələ baş verib 5,6 BAL GÜCÜNDƏ

Əfqanıstanda 5,6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 11.40-da qeydə alınıb.

Bildirilir ki, zəlzələnin episentri Əfqanıstanın Bağdis əyalətinin mərkəzi Qalai-Nau şəhərindən 40 kilometr şərqdə, Heratdan 141 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdədir.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə