Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər həlak olub.

SİA xəbər verir ki, hadisə Sabunçu dairəsində qeydə alınıb.

Hələlik ad soyadı naməlum olan təxminən 30-35 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub.
Piyada hadisə yerində ölüb. Meyit morqa yerləşdirilib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə