Malinin sabiq prezidenti dünyasını dəyişdi

76 yaşlı İbrahim Bubakar Keytanın (İbrahim Boubacar Keita) ölüm səbəbiylə əlaqədar məlumat paylaşılmayıb

Malidə mövcud hərbi cunta tərəfindən devrilən ölkə prezidenti İbrahim Bubakar Keyta (İbrahim Boubacar Keita) paytaxt Bamakoda dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, ailəsi keçmiş başçı Keytanın yerli saatla səhər 9 radələrində Bamakodakı evində öldüyünü bildirib.

76 yaşlı İbrahim Bubakar Keytanın ölüm səbəbiylə əlaqədar məlumat paylaşılmayıb.

Xatırladaq ki, Malidə qiyam 2020-ci il avqustun 18-də paytaxt Bamako yaxınlığındakı hərbi bazada başlamışdı. Qiyamçılar tərəfindən 2013-2020-ci illərdə prezident olmuş İ.B.Keyta və ölkənin baş naziri həbs olunmuşdu. Sonradan İbrahim Bubakar Keyta hərbçilərin təzyiqi altında istefa verdiyini, parlamentin və hökumətin buraxıldığını elan etmişdi.

Sabiq prezidentin ölümünün səbəbləri hələlik açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə