Azyaşlılarla bağlı məsələ nəzarətə götürülüb - DİN

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan azyaşlılarla bağlı məsələ nəzarətə götürülüb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov SİA-ya bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.

Qeyd edilib ki, ilkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə