Polis əməkdaşı ağır qəzaya düşüb öldü

Qəbələdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə yanvarın 14-də Seyidlər adlı yaşayış məntəqəsində baş verib.

Belə ki, “Vaz-21015” markalı avtomobillə “Mercedes Vito” markalı maşının toqquşub. Qəza nəticəsində “Vaz-21015”in sürücüsü Şərifov Səfər Sərvan oğlu ağır bədən xəsarətləri alıb. O, ötən gün Bakıda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şərifov Səfər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşıdır. 22 yaşlı polis serjantı rayonun Cığatelli kəndindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...