Ağcabədidəki qəzada uşaq həlak olub

Ağcabədidə azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

SİA-nın xəbərinə görə, 32 yaşlı Vəliyev Etibar Zalış oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücünün 8 yaşlı oğlu Vəliyev Ramal həyatını itirib. Faktla bağlı araşdırma başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə