Qatar qəzasında ölənlərin sayı 9 NƏFƏRƏ ÇATIB

Hindistanda 12 vaqondan ibarət sərnişin qatarının relsdən çıxması nəticəsində azı 9 nəfər ölüb, 70-dən çox adam yaralanıb. SİA xəbər verir ki, bu barədə Şimal-Şərq Sərhəd Dəmiryolunun baş direktoru Anşul Qupta bildirib.

Qeyd edək ki, bir qədər əvvəl üç nəfərin öldüyü bildirilirdi.

Diqqətə çatdıraq ki, qatar qəzası ötən gün Qərbi Benqal ştatında baş verib. “Naməlum təkan” nəticəsində qatarın 12 vaqonu relsdən çıxıb və ya bir-biri ilə toqquşub, onlardan ikisi aşıb.

"9 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb", deyə Qupta News18-ə bildirib.

O qeyd edib ki, hazırda xilasetmə işləri başa çatıb, araşdırma aparılır. Onun sözlərinə görə, hadisə zamanı qatarda 1053 sərnişin olub. Bundan əvvəl Hindistanın dəmir yolları naziri bildirib ki, ölkə hakimiyyəti həlak olanların ailələrinə 500 min rupi, ağır xəsarət alanlara 100 min rupi, yüngül xəsarət alanlara isə 25 min rupi ödəyəcək.

Baş nazir Narendra Modi Qərbi Benqaliyanın baş naziri Mamata Banerji ilə telefon danışığında vəziyyəti müzakirə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...