Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 1500 m² (hər mərtəbəsi 750 m²) olan ikimərtəbəli mebel mağazasının fasad üzlüyü (alkapondan ibarət) 80 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik digər mağazalar yanğından mühafizə olunub.
Bakı şəhərinin Binəqədi rayonunda isə ümumi sahəsi 270 m² olan qapı-pəncərə sexinin dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb, yüksək temperaturdan damın altına yığılan plastikdən ibarət profillər əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB