Sumqayıtda kişi qətlə yetirilib

Sumqayıtda qətl hadisəsi törədilib.

SİA-nın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

İki nəfər arasında yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Musayev Rövşən Yusif oğlu bıçaqlanıb. 45 yaşlı kişi aldığı bıçaq yaralarından ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə