“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsin ittihamı ağırlaşdırılıb
Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib. Hazırda istintaq davam edir.
Qeyd edək ki, N.Həsənova əvvəllər "Lider" Televiziyasında texniki şöbədə işləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB