9 nəfər həlak olub PARTLAYIŞ NƏTİCƏSİNDƏ

9 nəfər həlak olub PARTLAYIŞ NƏTİCƏSİNDƏ

Əfqanıstanın Nanqarhar əyalətində məktəb yaxınlığında baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə yerli mənbə RİA Novosti-yə məlumat verib.

Məlumata görə, gadisə bazar ertəsi günortadan sonra Lalpurda baş verib. Bir minaatan mərmisinin partladığı bildirilir.

"Partlayış nəticəsində 9 nəfər həlak olub, daha 4 nəfər yaralanıb", deyə mənbə məlumat verib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə