Qaya uçması nəticəsində ölənlərin sayı 8 NƏFƏRƏ ÇATIB

Qaya uçması nəticəsində ölənlərin sayı 8 NƏFƏRƏ ÇATIB

Braziliyanın şərqində göldə qaya uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl beş nəfərin öldüyü bildirilirdi.

"Ölənlərin sayı 8-ə çatıb. İki nəfər xəstəxanada qalıb", deyə xəbər portalında bildirilir.

Diqqətə çatdıraq ki, ümumilikdə 27 zərərçəkənə yardım göstərilib. Daha iki nəfər hələ də itkin sayılır.

Xatırladaq ki, hadisə Minas-Jerais ştatında baş verib. Mediada yayılan videolarda sıldırım qayalıqda çatın olduğu, bir neçə turist qayığının göldə üzdüyü və böyük bir daş blokunun suya düşərək iki qayığı batırdığı görünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə