Şəkidə ev yanıb

Şəki şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə