İrlandiyalı müğənni Sinead O'Konnor-un 17 yaşlı oğlu intihar edib, hansıki iki gündür itkin düşdüyü bildirilirdi. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müğənni pərəstişkarlarına özü sosial şəbəkə vasitəsilə məlumat verib və Mail Online-da sosial şəbəkələrdəki məlumatı yayımlayıb.
“Şeyn “dünya mübarizəsinə son qoymaq qərarına gəlib”, deyə İrlandiyalı müğənni bildirib.
Qeyd edək ki, bir qədər əvvəl hüquq-mühafizə orqanları sonuncu dəfə bir neçə gün əvvəl Dublinin cənubunda görünən itkin düşən Şeyni axtarırdı. Daha sonra polis gəncin axtarışlarının dayandırıldığını təsdiqləyib.
"Gözəl oğlum, həyatımın işığı Neviim Nesta Ali Şeyn O'Konnor bu gün yer üzündəki mübarizəsini bitirmək qərarına gəlib və indi Allahla birgədir. Rahat yatsın və heç kim ondan nümunə götürməsin", deyə 55 yaşında müğənni social şəbəkədə yazıb.
Xatırladaq ki, bir qədər əvvəl, yanvarın 6-da müğənni, oğlunun qaldığı xəstəxananı məhkəməyə verəcəyi ilə hədələyib. İfaçının sözlərinə görə, xəstəxana iki intihar cəhdindən sonra onun uşağına gecə-gündüz qulluq və nəzarət etməli idi, lakin yeniyetmə bayıra çıxıb, bundan sonra planını həyata keçirib.
O'Konnorun indi üç övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB