Qar altında qalan avtomobillərdə 20-dən çox adam ölüb DONARAQ

Qar altında qalan avtomobillərdə 20-dən çox adam ölüb DONARAQ

Pakistanın Pəncab əyalətinin Murri şəhəri yaxınlığında avtomobillərində olan 20-dən çox insan həlak olub. SİA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, güclü qar yağması səbəbindən avtomobillər qarla örtülüb. İndiyədək yerli hakimiyyət orqanları 21 nəfərin öldüyünü təsdiqləyib. Ümumilikdə minə yaxın avtomobil qar altında qalıb. Ərazi fəlakət zonası elan edilib.

Qeyd edilir ki, son günlər Murri şəhəri ərazisinə turistlər qeyri-adi güclü qar yağmasını izləmək üçün çoxlu sayda həmin yerə gəlməyə başlayıblar

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə