Minskdə körpünün piyadalara aid hissəsi uçub, xəsarət alan olmayıb. SİA xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Fövqəladə Hallar Nazirliyinin bölmələri Minsk şəhərinin Nemiqa küçəsi ilə keçən körpünün piyada hissəsinin uçması yerində işləyir. Tələfat yoxdur. Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir", deyə məlumatda bildirilir.
Minsk meriyasından isə bildirilib ki, dağılmış konstruksiya sökülür.
"Minsk şəhərinin Nemiqa küçəsi ilə keçən körpünün piyadalar üçün nəzərdə tutulmuş hissəsinin uçması ilə bağlı ilkin versiya konstruksiyaların köhnəlməsi, eləcə də metronun işləməsi və temperaturun dəyişməsi səbəbindən yüklənmənin artmasıdır. Tezliklə estakadanın bütün konstruksiyaları yoxlanılacaq və mümkün qədər hərtərəfli bərpa ediləcək", deyə Minsk şəhər icraiyyə komitəsi öz Telegram-kanalında bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB