Zəlzələ baş verib 5,9 BAL GÜCÜNDƏ

Zəlzələ baş verib 5,9 BAL GÜCÜNDƏ

Çilinin şimal sahillərində 5,9 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətini məlumat yayıb.

Məlumatda qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla 03.24-də qeydə alınıb. Zəlzələnin episentri Kopiapo şəhərindən 112 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı isə 13 kilometr dərinlikdə olub.

Mümkün tələfat və dağıntılar barədə hələlik məlumat verilmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə