Bakıda motosiklet avtomobillə toqquşub. SİA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospektində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Rzayev Zahir Cəfər oğlunun idarə etdiyi motosiklet hərəkətdə olan avtomobilə çırpılıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ aşıq baldırın əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB