Bakı sakinini avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

1982-ci il təvəllüdlü Aşurov Toğrul Firdovsi oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə