Çində 6,3 bal gücündə zəlzələ baş verib

Çində 6,3 bal gücündə zəlzələ baş verib

Çinin Çinxay əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 21.45-də qeydə alınıb.
Yeraltı təkanın episentri 144 min nəfər əhalisi olan Cinçan şəhərindən 94 kilometr cənub-qərbdə, Ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə