Şənlik mərasimində pandemiya tələbləri pozulub

Şənlik mərasimində pandemiya tələbləri pozulub

Gədəbəydə şadlıq saraylarının birində pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə SİA-ya Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən Gədəbəy rayonunun Xar-Xar kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Məstan Tapdıq oğluna məxsus “Turan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Belə ki, müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin sıxlıq normalarının gözlənilmədiyi məlum olub.

Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə