Bu gün səhər saat 07:50-də Zaqatala rayonunun Bəhmətli kəndində fəaliyyət göstərən, ümumi sahəsi 200 kv/m olan 75 uşaq yerlik körpələr evi - uşaq bağçasında yanğın başlayıb.
SİA-nın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.
Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB