Bakıda motosikletçi betona çırpılıb

Bakıda motosikletçi betona çırpılıb

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SIA xəbər verir ki, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb. 1987-ci il təvəllüdlü Bəşirli Sərxan Zülfi oğlu idarə etdiyi motosikletlə yoldakı beton arakəsməyə çırpılıb.

Motosiklet sürücüsü ağır bədən xəsarətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə