Bərdədə minik avtomobili yanıb

Bərdə rayonunun Hacılar kəndində ümumi sahəsi 130 m² olan qarajın tavanı 50 m² sahədə və içərisində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qarajın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə