Cənubi Koreya Hərbi Hava Qüvvələrinin F-35A qırıcı təyyarəsi təlim uçuşu zamanı qəza enişi edib.
SİA-nın məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər yayıb.
Məlumata əsasən, qırıcı təyyarənin şassisi açılmayıb və pilot təyyarəni o formada endirmək məcburiyyətində qalıb. İnsident Seuldan 151 kilometr cənubda yerləşən Sosan aviabazasında baş verib.
Bildirilir ki, hadisə nəticəsində pilot xəsarət almayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB