Rusiyanın Murmansk vilayətinin Umba qəsəbəsində yerli kriminal başçı hesab edilən Viktor Timçenko öldürülüb.
SİA xəbər verir ki, bu barədə regional “SeverPost” agentliyi məlumat yayıb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil.
Agentlik bildirib ki, sakinlər Timçenko və onun qardaşı Vladimirdən dəfələrlə şikayət ediblər. Onlar hətta Rusiya Prezidenti Vladimir Putindən də kömək istəyiblər. Bununla bağlı ilk videogörüntü 2020-ci ilin iyununda çəkilib. Sakinlər bildiriblər ki, Timçenko qardaşları daim həmyerlilərini döyür, öldürməklə hədələyir, qul kimi işləməyə məcbur edirlər. Şikayət cəmiyyətdə geniş əks-səda doğurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB