Bakıda qadını avtomobil vurub

Bakının Xətai rayonunda bir nəfəri avtomobil vurub.

SIA xəbər verir ki, hadisə Zığ qəsəbəsində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü Nəzərova Lətafət Əmir qızı yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə