Yeni ilin ilk günündə vurulan piyada xəstəxanada ölüb

Yeni ilin ilk günündə vurulan piyada xəstəxanada ölüb

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub.

SİA xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 1-də saat 19 radələrində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Xəzər RPİ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə