Bakıda yük avtomobili yanıb

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin mühərrik hissəsində qismən elektrik avadanlıqları yanıb.

SIA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə