Zaqatalada birmərtəbəli ev yanıb

Zaqatalada birmərtəbəli ev yanıb

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə