Gürcü əsilli kriminal avtoritet şənbə gecəsi Afinada ailəsinin gözü qarşısında güllələnib.
SİA “Ria Novosti”yə istinadən xəbər verir ki, 41 yaşlı kişiyə evinin qarşısında atəş açılıb. Hadisə zamanı kriminal avtoritetin qızı və həyat yoldaşı da yanında olub. Qatil ona 5 dəfə atəş açıb. Hadisə yerindən bir neçə giliz tapılıb.
İlkin ehtimala görə, hadisə hesablaşmaq məqsədilə törədilib. Qətlin sifarişçisinin ölkə xaricində olması da istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB