Əfqanıstanda partlayış nəticəsində iki nəfər yaralanıb

Əfqanıstanda partlayış nəticəsində iki nəfər yaralanıb

"Əfqanıstanın paytaxtı Kabilin mərkəzi hissəsində şənbə günü baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin “Taliban” hərəkatı tərəfindən yaradılan müvəqqəti hökumətdəki mətbuat xidmətinin bəyanatında deyilir.

“Kabildə Pedaqoji Universitetin yaxınlığında törədilən partlayış nəticəsində iki nəfər yaralanıb. Hadisə yolun kənarında gizlədilən minanın partlaması nəticəsində baş verib”, – agentlik bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə