Sabah ad günü olacaqdı, bu gün dəm qazından öldü

Sabah ad günü olacaqdı, bu gün dəm qazından öldü

Hacıqabulda 18 yaşlı qız dəm qazından boğulub.

SİA xəbər verir ki, hadisə Hacıqabul rayonunun Rəncbər kəndində qeydə alınıb.

Rəncbər kənd sakini, 2004-cü il təvəllüdlü Əsədova Könül Əkrəm qızı vanna otağında dəm qazından keçinib.

Qeyd edilir ki, gənc qızın 2022-ci il yanvarın 1-də 18 yaşı tamam olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə