Tovuzda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
SİA-nın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Ələsgər Ələkbərov və 1992-ci il təvəllüdlü Orxan Hüseyonovu vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisə vaxtı hər iki şəxs sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB