Gəncədə mənzildə kişi meyiti aşkarlanıb

Gəncədə mənzildə kişi meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

SİA xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Məmmədova Qəndab Xosrov qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə