Bakıda prospektdə qadını avtomobil vurub

Bakıda prospektdə qadını avtomobil vurub

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən 1965-ci il təvəllüdlü Məhhərrəmova Sveta Məcid qızını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə