Qubada evdə yanğın olub

Quba rayonunda yanğın baş verib.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Birinci Nügədi kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə