İstanbul Zeytinburnu bölgəsində 6 mərtəbəli mənzilin damını təmir edən fəhlə mənzilin boşluğuna düşərək həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə, saat 16.30 radələrində İstanbulda baş verib. İddialara görə, 50 yaşlarında olan Səlim Topuzoğlu 6 mərtəbəli binanın damında təmir işləri apararkən naməlum səbəbdən mənzilə yıxılıb. Səsi eşidən mənzil sakinləri Topuzoğlunun boşluğa düşdüyünü anlayaraq xilasetmə, sağlamlıq və polis qruplarına xəbər veriblər. Yanğınsöndürənlər Topuzoğlunu düşdüyü mənzildən çıxararaq sağlamlıq qruplarına təhvil veriblər.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB