Rusiya Federasiyasının Udmurtiya Respublikasında qəza enişi edən helikopterin yeri müəyyən edilib.
SİA-nın xəbərinə görə, bu barədə Rusiyanın Fövqəladə hallar Nazirliyi məlumat verib.
Pilot və sərnişinlərə tibbi yardım edilib. Qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır.
***
15.48
Rusiyada helikopter qəzaya uğrayıb.
SİA-nın Rusiya bürosunun məlumatına görə, helikopter Udmurtiya respublikasında neft kəmərinə baxış keçirərkən qəzaya uğrayıb.
"Moskva vaxtı ilə saat 14:00 radələrində Udmurtiyanın Yakşur-Bodinski bölgəsində helikopterin qəzaya uğraması barədə məlumat daxil olub. Helikopter neft kəmərinə baxış keçirirmiş", - mənbə bildirib.
Helikopter Kazandan havaya qalxıb. Hazırda onun mənsubiyyəti müəyyən edilir. Qəza yerinə xilasedicilər cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB