Masallı rayonunun Ərkivan qəsəbəsində ev yanıb

Masallı rayonunun Ərkivan qəsəbəsində ev yanıb

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 280 kvadratmetr (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 25 kvadratmetr sahədə və dam örtüyünün taxta atmaları 15 kvadratmetr sahədə yanıb.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə