Masallıda evdə yanğın baş verib

Masallıda evdə yanğın baş verib

Masallı rayonunda ev yanıb.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə və dam örtüyünün taxta atmaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə