Yaşayış binasındakı yanğında biri uşaq olmaqla 3 nəfər ölüb

Yaşayış binasındakı yanğında biri uşaq olmaqla 3 nəfər ölüb

Rusiyanın Saratov vilayətində yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə regional Fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisə bu gün axşam saatlarında Aleksandrov-Qayski rayonunun Aleksandrov Qay kəndində qeydə alınıb.

Yanğın söndürülüb. Dağıntılar altından biri uşaq olmaqla üç nəfərin cəsədi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə