...ölənlər və yaralananlar var
Nigeriyanın Oqun ştatında iki minik avtomobili toqquşub.
SİA-nın məlumatına görə, bunu ölkənin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Federal Xidmətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Laqos və İbadan şəhərlərini birləşdirən avtomobil yolunda baş verən qəza nəticəsində 6 nəfər həlak olub, 12 nəfər isə xəsarət alıb.
İlkin məlumata əsasən, qəzaya səbəb sürət rejiminə əməl edilməməsi olub.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB