Siyəzəndə yük avtomobili yol kənarında dayanan minik maşınının üzərinə aşıb. SİA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirdiyindən maşını nasazlıq səbəbindən yolun kənarında saxlayan "Hyundai Elantra" markalı avtomobilin üzərinə aşırıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin vaxt minlik avtomobilinin sürücüsü maşında olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB