Bu gün səhər Moskvada “Rosselxoznadzor” Administrasiyasının Moskva, Moskva və Tula vilayətləri üzrə torpaq nəzarəti şöbəsinin rəhbəri İqor Rtişev öz kabinetində ölü tapılıb. SİA xəbər verir ki, bu barədə Ren TV vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, dövlət qulluqçusunun meyitini onun müavini tapıb. Məmurun ölüm səbəbi müəyyənləşdirilir.
Xatırladaq ki, Rtişev Dövlət Baytarlıq, Fitosanitariya və Torpaq Nəzarəti üzrə şöbəyə rəhbərlik edirdi.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB