Limanda qaz partlayıb 3 NƏFƏR XƏSARƏT ALIB

Limanda qaz partlayıb 3 NƏFƏR XƏSARƏT ALIB

Vladivostok limanında qaz partlayıb. SİA xəbər verir ki, bu barədə yerli mətbuat səhifələri məlumat yayıb.

Məlumata görə, hadisə Pervomayski rayonunda dəniz limanında estakada qaynaq işləri zamanı baş verib.

Nəticədə Diomede körfəzində dayanmış balıqçı gəmisinin üç dənizçisi yaralanıb. Onlar şok vəziyyətində yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Onların arasında 39 yaşlı Vladivostok sakini, həmçinin işə gələn 33 yaşlı Krasnodar sakini və 40 yaşlı Spassk-Dalnıdan olan şəxs də var.

İlkin məlumata görə, hadisə təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib.

Hadisənin baş vermə şəraiti araşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə