Piyadanı vurub qaçan sürücünün məhkəməsi başlayır

Piyadanı vurub qaçan sürücünün məhkəməsi başlayır

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyyam Yusubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. SİA-nın xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində yolu keçən piyada Vüqar Süleymanov müəyyən edilməyən avtomobillə vurulub o, aldığı xəsarətlərdən ölüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə