Keşiş Nikolay Stremskiyə 21 il həbs cəzası...

Keşiş Nikolay Stremskiyə 21 il həbs cəzası...

Rusiyanın Orenburq vilayət məhkəməsi keşiş Nikolay Stremskiyə 21 illik həbs cəzası çıxarıb.

SİA-nın məlumatına görə, Stremski 11 uşağa qarşı seksual zorakılıq etməkdə günahlandırılır.

Keşiş 2019-cu ilin payızında saxlanılıb. Müstəntiqlər 1999-cu ildən həmin vaxta kimi onun pedofiliya ilə məşğul olduğunu sübut ediblər.

Qeyd edək ki, keşiş isə özünü günahkar hesab etmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə