Hindistanda hərbi təyyarə qəzaya uğrayıb

Hindistanda hərbi təyyarə qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

SİA xəbər verir ki, bu barədə HHQ-nin “Twitter” səhifəsindən məlumat verilib.

Məlumata əsasən, insident axşam saatlarında Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında baş verib.

Qəzada təyyarənin pilotu həlak olub.

Qeyd edək ki, bu, cari il ərzində Hindistanda MiQ-21-in iştirakı ilə baş verən sayca beşinci qəzadır.

Bütün xəbərlər Facebook səhifəmizdə