Bir ailənin 3 üzvü yol qəzasinda öldü

Bir ailənin 3 üzvü yol qəzasinda öldü

Meksikanın Oaxaka ştatının Noçistlan bələdiyyəsinin ərazisindən keçən magistral yolda sərnişin avtobusu aşıb.

SİA xəbər verir ki, hadisə zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölənlərin Sakatekas ştatından olan bir ailənin üzvləri olduğu bildirilib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə